reklam
Dünya mediası ondan yazır...
Sportfm.az xəbər saytı

Dünya mediası ondan yazır...FOTO


Dünyanın tanınmış mətbu orqanları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı hərəkətindən yazıb.

Sportfm.az xəbər verir ki, "The Sun", "Marca" və "RMC Sport" kimi nəşrlər "köhlən atlar"ın hücumçusu İbrahima Vadjinin əli ilə vurduğu qoldan sonra 50 yaşlı mütəxəssisin etdiyi feyr-pley jestinə yer ayırıblar.

"The Sun" "Heyrətamiz an: “Qarabağ”ın hücumçusu Vadjinin əl ilə vurduğu qol baş məşqçinin etirafından sonra ləğv olundu" başlıqlı xəbərində Qurbanovun oyunçusu ilə söhbətindən sonra bu addımı atdığı vurğulanıb.

"Marca" yazıb ki, turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı bildirilib.

"RMC Sport"un başlığı isə belədir: "Təmiz oyun anı: Azərbaycan klubunun qolu öz tələbi ilə ləğv edildi".

Qeyd edək ki, "Qarabağ" rəqibinə 3-0 məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Oxşar xəbərlər

Qurban Qurbanov beynəlxalq mükafata layiq görüldü
Azərbaycanlı məşçiyə daha bir mükafat
MOK Qurban Qurbanova mükafat veriləcək
Qurban Qurbanov və Elnurə Məmmədova mükafatlandırılacaq
"Marsel"dən "Qarabağ" paylaşımı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər