Rusiyada oynamaqdan imtina etdilər -3 ölkə
Polşa, İsveç və Çexiya yığmaları 2022-ci il dünya çempionatının pley-off oyunlarını Rusiyada keçirməkdən imtina edib.
Sportfm.az xəbər verir ki, bu barədə Polşa millisinin mətbuat katibi Yakub Kvyatkovski Sport24.ru-ya açıqlama verib.
"Polşa, İsveç və Çexiyanın rəsmi bəyanatı belədir: Biz sizin ölkənizdə oynamaq istəmirik", - deyən Kvyatkovski FIFA və UEFA-dan təcili reaksiya gözlədiklərini söyləyib. O, pley-off qarşılaşmaları üçün alternativ variantın seçilməsini istədiklərini əlavə edib.
Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb. Cütün qalibi İsveç - Çexiya matçının ən güclüsü ilə finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.
Oxşar xəbərlər
Daha 4 finalçısı müəyyənləşdi - DÇ-2022
Polşa finalda - DÇ-2022
Rusiya ilə oynamaqdan imtina etdilər - Norveç və Uels
Polşa millisi ruslarla oynamaq istəmədi
Pley-off oyunlarının başlama saatları məlum oldu - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası