Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır -Böyük Dəbilqə
Bu gün Azərbaycanın 3 cüdoçusu İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 finalda Braziliya təmsilçisi Rayan Konseysao ilə üz-üzə gələcək.
Eyni çəkidəki Balabəy Ağayev Matan Kokolayev (İsrail) - Xulio Delqado (Kuba) cütünün qalibi ilə görüşəcək.
66 kq-dakı Yaşar Nəcəfov isə 1/16 finalda Ukraynadan olan Yevgeni Qonçarkonun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.
Oxşar xəbərlər
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçumuz finalda - Böyük Dəbilqə
İdmançımız Böyük Dəbilqədə yarımfinalda - Ağayev və Hüseynov 1/4 finalda
7 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
7 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası