reklam
Sportfm.az xəbər saytı

"Liverpul" səfərdən qalibiyyətlə dönür -Çempionlar Liqası


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. 

Sportfm.az xəbər verir ki, qarşılaşmalar İtaliya və Avstriyada gerçəkləşib. 

"İnter" "San Siro"da İngiltərə "Liverpul"una məğlub olub. Qolları Roberto Firmino 75-ci, Məhəmməd Salah isə 83-cü dəqiqədə vurub. 

"Zaltsburq" isə Almaniya "Bavariya"sı ilə görüşdə qələbəni son anda əldən verib. 21-ci dəqiqədə Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib. 

Cavab görüşləri martın 8-də gerçəkləşəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada İspaniya "Real Madrid"ini 1:0, İngiltərə "Mançester Siti"si isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.  

Oxşar xəbərlər

İngiltərə - İspaniya dueli - Çempionlar Liqası
Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atıldı - Cütlüklər
"Bavariya" və "Liverpul" 1/4 finalda Çempionlar Liqası
1/8 final mərhələsinin püşkü yenidən atıldı - Çempionlar Liqası
Çempionlar Liqası: Londonda iki qol, Almaniyada darmadağın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər