Mbappe və minimal hesablı qələbə -Çempionlar Liqası
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, bu mərhələnin ən çox maraqla gözlənilən oyunlarından olan PSJ – “Real” qarşılaşması da bu gün keçirilib. Meydan sahibləri bu görüşdən son dəqiqə qoluyla minimal hesablı qələbə ilə ayrılıblar.
Günün digər qarşılaşması Portuqaliyada keçirilib. “Sportinq” İngiltərə nəhəngi “Mançester Siti”ni qəbul edib. Bu oyunda darmadağın qeydə alınıb. İngiltərə klubu səfərdə 5 cavabsız qola sevinib.
Sabah isə “Zalsburq” – “Bayern” və “İnter” – “Liverpul” qarşılaşmaları keçiriləcək.
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
16 fevral
Sportinq (Portuqaliya) – Mançester Siti (İngiltərə) 0:5
Qol: Mahrez, 7. B.Silva, 17; 44. Foden, 32. Sterlinq, 58.
Baş hakim: Daniele Orsato (İtaliya)
PSJ (Fransa) – Real (İspaniya) 1:0
Qol: K.Mbappe, 90+4.
Matçın 61-ci dəqiqəsində PSJ-nin hücumçusu Lionel Messi penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
17 fevral
00.00 Zalsburq (Avstriya) – Bayern (Almaniya)
00.00 İnter (İtaliya) – Liverpul (İngiltərə)
Oxşar xəbərlər
“Mançester Siti” dünyada birincidir
“Real” “Liverpul”a, “Bayern” PSJ-yə rəqib oldu - Çempionlar Liqası
"Real"dan möhtəşəm qələbə - Çempionlar Liqası
“Liverpul” “İnter”ə qarşı - Çempionlar Liqası
PSJ “Real”a qarşı - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası