"Rövnəq Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib" -AÇIQLAMA
Rövnəq Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad olunmasından sonra onun AFFA-nın rəhbəri vəzifəsindən gedəcəyinə dair fikirlər artıb.
Sportfm.az xəbər verir ki, məsələ ilə bağlı Qol.az saytı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya müraciət edib. O qeyd edib ki, Rövnəq Abdullayev hazırda AFFA-nın prezidenti kimi fəaliyyətini davam etdirir: “Onu bu vəzifəyə Konfrans seçir. 2020-ci ildə keçirilmiş son hesabat-seçki Konfransında Rövnəq Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib" – deyə AFFA rəsmisi bildirib.
F.Abdulla hazırda AFFA-da növbədənkənar Konfransın keçirilməsinin gündəmdə olmadığını da bildirib.
Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir.
Oxşar xəbərlər
AFFA prezidenti SOCAR-dakı vəzifəsindən uzaqlaşdırıldı - Təyinat
Şamaxıda yeni stadion tikiləcək - AFFA prezidenti
Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçildi
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürdü
Rövnəq Abdullayev bu vəzifədən gedir? – Rəsmi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası