"Fənərbaxça" Ozan Tufanı geri qaytardı -İcarə
"Fənərbaxça" mövsümün əvvəlində "Uotford"a icarəyə verdiyi Ozan Tufanı geri qaytarıb.
Sportfm.az xəbər verir ki, klublar arasındakı razılığa əsasən, 26 yaşlı futbolçu bu mövsümün qalan hissəsini “Fənərbaxça”da davam etdirəcək.
“Uotford” Ozanı bir mövsümlük icarəyə götürmüşdü. Müqaviləyə görə, sözügedən klub Premyer Liqadakı yerini qorusa, Ozanı birdəfəlik transfer etməlidi. Klub elitanı tərk edəcəyi halda isə yarımmüdafiəçi “Fənərbaxça”ya qayıdacaq.
Ozan bu mövsümün geridə qalan hissəsində İngiltərə təmsilçisinin heyətində 9 oyuna çıxıb. “Uotford” isə cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 20 oyunda cəmi 14 xal toplayıb və 20 iştirakçı arasında 19-cu sırada qərarlaşıb.
Oxşar xəbərlər
Ozan yenidən İngiltərədə - Keçid
Ozan Tufan "Fənərbaxça"ya qayıdacaq
3 futbolçu birdən ayrıldı - “Fənərbaxça”da
Ozan Tufan İngiltərə klubuna keçdi - İCARƏ
“Qarabağ” “Fənərbaxça”nın oyunçusu ilə razılığa gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası