reklam
3 futbolçu birdən ayrıldı -
Sportfm.az xəbər saytı

3 futbolçu birdən ayrıldı -“Fənərbaxça”da


Türkiyənin “Fənərbaxça” klubu üç futbolçusu ilə yollarını ayırıb.

Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi hücumçu Allahyar Sayyadmaneşlə yarımmüdafiəçi Məhəmməd Gümüşkayanı icarəyə verib, qapıçı Bartu Kulbilgeni isə birdəfəlik satıb.

Bartu TFF 1-ci liqa təmsilçisi “Boluspor”a transfer olunub. “Fənərbaxça”nın sabiq futbolçusu Sərdar Kulbilgenin oğlu olan qolkiper, yeni klubu ilə 2.5 illik müqaviləyə imza atıb.

Allahyar Sayyadmaneş İngiltərənin “Hall Siti” klubuna icarəyə verib. Acun Ilıcalının sahibi olduğu klub iranlı forvardı bu mövsümün sonuna kimi icarəyə götürüb.

Məhəmməd Gümüşkaya isə Super Liqanın digər təmsilçisi “Girəsunspor”a icarəyə verilib. 21 yaşlı futbolçu da mövsümün sonuna kimi bu komandada forma geyinəcək.

Yeri gəlmişkən, “Girəsunspor” Braziliyanın “Qremio” klubundan Jean Pyerri də transfer edib. Super Liqa klubu 22 yaşlı yarımmüdafiəçini ilyarımlıq icarəyə götürüb. “Qremio”da 111 oyuna çıxan və 18 qol vurub, 12 məhsuldar ötürmə edən futbolçu Türkiyəyə gəlib və rəsmi müqaviləyə də imza atıb. Lakin tibbi müayinələrdən keçərkən onda xərçəng xəstəliyi aşkarlanıb. Bu üzdən də yarımmüdafiəçi ölkəsinə qayıtmaq məcburiyyətində qalıb. Futbolçunun aqibəti müalicənin nəticəsindən asılı olacaq.

Oxşar xəbərlər

“İstanbulspor”da 3 yeni futbolçu - TRANSFER
Məhəmmədin yerinə Haris - Keçid
“Fənərbaxça”nın oyunçusu “Hall Siti”də - 5 milyona transfer
Super Liqa klubunda 4 transfer birdən - RƏSMİ
Müdafiəçi Qara Dəniz klubuna lazım olmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər