reklam
“Qarabağ” “Fənərbaxça”nın oyunçusu ilə razılığa gəldi
Sportfm.az xəbər saytı

“Qarabağ” “Fənərbaxça”nın oyunçusu ilə razılığa gəldi


“Qarabağ” “Fənərbaxça”nın yarımmüdafiəçisi Alper Potukla razılığa gəlib.

Sportfm.az Türkiyənin “Milliyyet” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan çempionu 28 yaşlı futbolçunu birdəfəlik almaq üçün yüksək təzminat ödəməkdə çətinlik çəkdiyindən Potuku icarəyə götürmək istəyir.

“Fənərbaxça”nın Alperi “Çaykur Rizespor”a icarəyə vermək, futbolçunun özünün isə “Qarabağ”a gəlmək istədiyi bildirilib.

Məlumata görə, “Qarabağ” Alperin maaşının bir hissəsinin “Fənərbaxça” tərəfindən ödənilməsini istəyir. Bildirilir ki, illik 1.2 milyon avro qazanan futbolçunun mövsümün ortası olduğu üçün 600 min avro maaşı qalıb. Ağdam klubunun bu məbləğin yarısından bir qədər çoxunu ödəmək istədiyi iddia olunub.

Yekun qərarı “Fənərbaxça”nın verəcəyi bildirilir.

Oxşar xəbərlər

3 futbolçu birdən ayrıldı - “Fənərbaxça”da
“Fənərbaxça” 840 min avro ödəyəcək
Alper Potukun "Qarabağ"ı niyə seçmədi?
Mourinyo Muriqiyə elçi düşdü
Onun çıxış yolu "Fənərbaxça"dır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər