reklam
Sportfm.az xəbər saytı

"Murov"a "Murov"da qalib gəldilər -Uğur


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir oyun keçirilib.

Sportfm.az xəbər verir ki, 4-cü tur çərçivəsində “Murov” “Neftçi” ilə üz-üzə gəlib.

“Murov”un bazasında baş tutan görüş qonaqların üstünlüyü ilə başlayıb. Onlar gərgin keçən ilk hissəni çətinliklə də olsa aktivlərinə yazıblar – 31:29. Ardınca ssenari dəyişib. Bu dəfə “Murov” təşəbbüsə yiyələnib. İkinci hissədə 25:23 hesabı ilə qalib gələn komanda status-kvonu bərpa edib – 1:1.

Lakin “Murov”un bundan artığına gücü çatmayıb. Üçüncü seti 25:16 hesabı ilə qalib gələn “Neftçi” 4-cü hissədə rəqibini 25:20 hesabı ilə məğlub edib və matçın hesabını müəyyənləşdirib – 3:1.

Bununla da 3-cü oyunda ikinci qələbəsini qazanan komanda 6 xalla liderliyə yüksəlib. Onlardan 1 görüş az keçirən və 3 xal geri qalan “Murov”, MOİK və “Ekspress” müvafiq olaraq 2-4-cü yerdə qərarlaşıblar. Sonuncu pillədə olan “Sərhədçi” bir oyun keçirib və hələlik xal hesabını açmayıb.

Xatırladaq ki, “Sərhədçi”nin baş məşqçisində və oyunçusunda koronavirus aşkarlandığından oyunları təxirə salınıb.

Oxşar xəbərlər

“Neftçi” rəqibindən gücsüz oldu
“Murov” "əsgərləri" məğlub etdi - Yüksək Liqa
Lider növbəti qələbəsini qazandı - Yüksək Liqa
Təxirə salınmış oyunda “Murov” qələbə qazandı - Yüksək Liqa
"Murov" mövsümü zirvədə bitirdi - Yüksək Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər