Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Reynaldo "Adanaspor"a kimin məsləhəti ilə gedib?
Ötən gün Türkiyə Super Liqasında 20-ci turun oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, turun açılış matçında "Karabükspor" evdə "Beşiktaş"ı sensasion şəkildə 2:1 hesabı ilə məğlub edib. Bir müddət öncə, "Qarabağ"dan "Adanaspor"a transfer oluna braziliyalı hücumçunun komandası bu turda, səfərdə turnir cədvəlində sonuncu sırada olan "Qazainatepspor"un qonağı olacaq. Matçla bağlı danışan "Qarabağ"ın sabiq üzvü bir çox mətləblərə aydınlıq gətirib:
"Bu komandanın şərəfini qoruduğum üçün çox xoşbəxtəm. Özümü evimdəki kimi hiss edirəm. Klubumuzun azarkeşlərinin möhtəşəm olduğunu eşitmişdim. Ancaq deməliyəm ki, bu qədər çılğın azarkeşlərimizin olacağını gözləmirdim. Onlara təşəkkür edirəm. Komandamızda 8 braziliyalı futbolçu var. Bir yaxın dostumun vasitəsi ilə "Adanaspor"un oyunçusu Ronei ilə əlaqə qurdum. Ronei düşünmədən təklifi qəbul etməmi istədi. Bura gəldikdə, onu dediklərinin doğru olduğunu gördüm. Hazırda fiziki durumum yüksək səviyyədə oynamağa imkan vermir. Bir-iki görüşdən sonra tam hazır olacam. Növbəti matçda uğurlu seriyanı davam etdirmək istəyirik".
Qeyd edək ki, 13 fevralda "Adanaspor" səfərdə "Qaziantepspor"un qonağı olacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq futbolçusu İsveçrədə
"Qarabağ"ın sabiq hücumçusu aşağı dəstədə
Reynaldonun komandası autsayderə yenildi
"Qarabağ"dan Reynaldoya təşəkkür
Reynaldo rəsmən "Adanaspor"da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası