reklam
Futbolçularda narkotik maddə aşkarlanıb
Sportfm.az xəbər saytı

Futbolçularda narkotik maddə aşkarlanıb


2012-ci ildən bəri İngiltərə Futbol Assosiasiyası 13 futbolçunun narkotik maddədən istifadə etdiyini aşkarlayıb.
 
Sportfm.az xəbər verir ki, bu sensasiyalı məlumatı bu gün "Daily Mail” nəşri yazıb. İddia edilib ki, bu faktı assosiasiya ictimaiyyətdən gizlədib. Onların belə bir addım atması isə futbolçuların reabilitasiyasına hesablanıb.
 
Bildirilib ki, futbolçular oyun olmayan günlərdə kokain və ekstazi qəbul ediblər. Buna görə federasiyası onları məxfi şəkildə cəzalandırıb.
 
Narkotika qəbul edən 13 oyunçudan yalnız 2-nin adı qəzetə məlum olub. Bunlar "Şeffild Yunayted”in yarımmüdafiəçisi Cozi Bakster (iki dəfə cəzalandırılıb) və "Ross Kaunti”nin qapıçısı Aarob Makkeridir.
 
Qəzet yazıb ki, 2012/13 mövsümündə 1, 2013/14 mövsümündə 3, 2014/15 mövsümündı 6, 2015/16 mövsümündə isə 3 futboluçunun qanından götürülən analizlərin nəticəsi onların narkotik maddədən istifadə etdiyini sübuta yetirib.  

Oxşar xəbərlər

Milli komandamızın üzvü həbsdən azad edildi
Makqreqora ağır ittiham
"Narkotik vasitələrdən istifadə etmişəm" - Buffonun etirafı
Türkiyəli basketbolçu dünyasını dəyişdi - Narkotik maddə...
Maradona etiraf etdi: "Narkotik maddələrdən istifadə edirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər