reklam
Dünya çempionu işdən çıxarıldı -
Sportfm.az xəbər saytı

Dünya çempionu işdən çıxarıldı -FOTO


Azərbaycanlı MMA idmançısı Bəxtiyar Abbasov işdən çıxarılıb.

Sportfm.az unikal.org-a istinadən bildirir ki, avqustun 6-da təyin olunduğu döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi postdan öz ərizəsi ilə istefa verib.

Məlumata görə, B.Abbasov Azərbaycan Sambo Federasiyasının prezidenti, polis polkovnik-leytenantı Ceyhun Məmmədova şəxsən müraciət edib. O müraciətində bildirib ki, idmançı kimi karyerasını davam etdirmək niyyətindədir.
Bundan sonra qurum daxildə iclas keçirilib və Bəxtiyar Abbasovun istefa ərizəsi qəbul edilib.

O döyüş sambosu üzrə millimizin üzvlərindəndir. B.Abbasov WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu, pankration, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur

Oxşar xəbərlər

Azərbaycan kikboksçusu dünya çempionu oldu - UĞUR
Dünya boksunda yenilik olacaqmı?
Millimizdə yeni baş məşqçi - Təyinat
Azərbaycanlı idmançı dünya çempionu oldu – FOTO
Alim Nəbiyev dünya çempionudur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər