reklam
Levandovski Messi ilə Ronaldonu müqayisə etdi
Sportfm.az xəbər saytı

Levandovski Messi ilə Ronaldonu müqayisə etdi


Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski Fransa PSJ-sində çıxış edən Lionel Messi ilə İngiltərə "Mançester Yunayted"ində oynayan Kriştianu Ronaldu arasında müqayisə aparıb.

Sportfm.az xəbər verir ki, 33 yaşlı hücumçu hər iki oyunçunun hamıdan üstün olduğunu söyləyib.

Polşalı forvard onların arasında həmişə rəqabətin olduğunu bildirib: "Hər şey hansı növ futbolçuya üstünlük verməyinizlə bağlıdır. Ronaldonun zəhmətinə hörmət edirəm. Messi üçün hər şey asan görünür".

Qeyd edək ki, Robert Levandovski 2021-ci il "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mübarizədə ikinci olub. Mükafatı 7-ci dəfə Lionel Messi qazanıb.

Oxşar xəbərlər

“Qızıl top” mükafatına namizədlər - SİYAHI
Messi, Mbappe, Kvarasxeliya, Neymar və digərləri...
Dünyanın ən yaxşı futbolçusu - Robert Levandovski
Azərbaycandan verilən səslərin ünvanları - "Qızıl top"
Jurnalistlər ilin futbolçusunu seçdi - Levandovski 197 xal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər