reklam
Novak və Pelkas fənərlilərin üzünü güldürdü -
Sportfm.az xəbər saytı

Novak və Pelkas fənərlilərin üzünü güldürdü -Super Liqa


Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Turun açılış matçında “Kasımpaşa” doğma meydanda “Altay” üzərində inamlı qələbəyə sevinib. “Girəsunspor” evdə “Hatayspor”la oyundan məğlubiyyətlə ayrılıb. “Qalatasaray” isə “Antalyaspor”la üz-üzə gəlib və uzun fasilədən sonra qələbə sevinci yaşayıb.

Turun mərkəzi görüşündə lider “Trabzonspor” çempionatda son 10 oyundur məğlub olmayan “Başakşəhər”i qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

“Fənərbaxça” bu turda doğma meydanda “Yeni Malatyaspor”u sınağa çəkib və inamlı qələbəyə sevinib.

“Beşiktaş” isə “Konyaspor” səfərinə yollanacaq.

Türkiyə Super Liqası, 19-cu tur

25 dekabr

Kasımpaşa – Altay 2:0
Qol
: Donk, 34. U.Bozok, 88.

Girəsunspor – Hatayspor 0:1
Qol
: Əl Kaabi, 81.

Qalatasaray – Antalyaspor 2:0
Qol
: Fequli, 45+1. K.Aktürkoğlu, 52.

Trabzonspor – Başakşəhər 0:0

26 dekabr

Rizəspor – Qaziantep 0:1
Qol
: Maksim, 44-pen.

Alanyaspor – Fatih Karagümrük 1:1
Qol
: E.Bekiroğlu, 54 – Peşiç, 70.

Göztəpə – Adana Dəmirspor 1:1
Qol
: Rassul, 78-öz qapısına – Balotelli, 16.

Fənərbaxça – Yeni Malatyaspor 2:0
Qol
: Novak, 10. Pelkas, 73.

27 dekabr

21:00 Kayserispor – Sivasspor
21:00 Konyaspor – Beşiktaş

Oxşar xəbərlər

"Qalatasaray" yenə xal itirəcəkmi? - Superliqa
"Qalatasaray" evdə uduzdu - Super Liqa
Emrenin komandası yenə uduzmadı - Lideri büdrətdi
“Başakşəhər” 5 turdan sonra xal itirdi - Super Liqa
“Fənərbaxça” “Trabzonspor”a qarşı - Türkiyə Super liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər