Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daniel Seqoviya: "Kim daha yaxşı hazır olsa, o da oynayacaq"
"Neftçi"nin hücumçusu Daniel Seqoviya klubun rəsmi saytına müsahibə verib.
Sportfm.az həmin müsahibəni sizlərə təqdim edir:
- Yeni komandaya, abu-havaya uyğunlaşa bilmisiz?
- Abu-havaya artıq tam uyğunlaşmışam. "Neftçi”də məni hər şey qane edir. Komanda yoldaşlarım məni isti qarşıladı, buna görə onlara minnətdaram. Klub rəhbərliyi və məşqçilər heyəti məni gözəl başa düşür. Qalır yalnız qol vurub azarkeşləri sevindirmək.
- Özünüzü qarşıdakı oyunlara hazır hesab edirsinizmi?
- Təbii ki, bir müddət komandasız məşq etdiyimi nəzərə alsaq vəziyyətim elə də ideal deyil. Amma formamı itirməmişəm. Fikrimcə, optimal forma yığmaq üçün mənə daha 5-6 gün lazım olacaq.
- Bəs ilk qol üçün necə?
- Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil. Sadəcə, lazımi vaxtda lazımi yerdə olmaq kifayətdir.
- Əsas heyətdəki yer uğrunda Huqo Barqasla mübarizə aparacaqsız. Amma görünür rəqabət sizin münasibətinizə pis təsir göstərmir.
- Bütün komanda yoldaşlarımla, eləcə də Huqo ilə münasibətim yaxşıdır. Əgər o daim qol vursa, mən buna yalnız şad olaram. Əsas odur komanda qələbə qazansın. Əlbəttə, mən də "Neftçi” üçün faydalı olmaq istəyirəm və hesab edirəm ki, Huqo ilə rəqabətimizin bütün komandaya xeyri dəyəcək. Kim daha yaxşı hazır olsa, o da oynayacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın yeni qapıçısı danışdı: Bura mənim üçün gözəl yerdir
"Neftçi"nin yeni transferi azarkeşlərə səsləndi
"Qarabağı görməyi çox istəyirəm" - "Neftçi"nin legioneri
"Qələbədən başqa heç bir nəticə bizi qane edə bilməzdi"
Ruslan Abışov: "Neftçi”yə keçdiyim üçün tam sevinə bilmədim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası