reklam
Kevin Medina ilk
Sportfm.az xəbər saytı

Kevin Medina ilk "5-lik"də -Konfrans Liqası


UEFA Konfrans Liqasında qrup mərhələsinin oyunlarından sonra növbəti statistik göstəricilər açıqlanıb.

Sportfm.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Kervin Medina ən çox dəqiq ötürmə verən oyunçuların siyahısında yer alıb.

28 yaşlı kolumbiyalı futbolçunun 369 ötürməsi dəqiq alınıb. Medina bu nominasiyada 5-ci olub.

Niderlandın AZ komandasından Brunu Martins İndi (494) birinci, onun komanda yoldaşı Yordi Klasi (441) ikinci, İsrailin "Makkabi" (Təl-Əviv) klubundan Luis Ernandes (396) üçüncü, Norveçin "Budyo Qlimt" komandasından Marius Lode (392) dördüncü olub.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.

Oxşar xəbərlər

Medinanın zədəsi ciddidir - Açıqlama
Ağdam klubu ön sıralarda
"Qarabağ"ın futbolçuları ilk "5-lik"də - Konfrans Liqası
“Qarabağ”ın futbolçuları ən yaxşılar sırasında - Konfrans Liqası
Almeyda ən dəqiq ötürmə verən futbolçular sırasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər