reklam
Erməni futbolçulara qarşı cinayət işi başlandı -
Sportfm.az xəbər saytı

Erməni futbolçulara qarşı cinayət işi başlandı -Azərbaycan bayrağını təhqir etdilər


Erməni futbolçuları tərəfindən Azərbaycan Respublikasının dövlət bayrağına qarşı təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Baş Prokuror tərəfindən cinayət işi başlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Respublikasının dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb.

Faktla bağlı Azərbaycan Respublikası baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması baş prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Oxşar xəbərlər

Laçında saxlanılan erməni futboçular həbs edildi
Dünya çempionunun qətli ilə bağlı AÇIQLAMA
Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi - QƏRAR
Tərtər avtovağzalına top mərmisi düşdü, ölən var - Baş Prokurorluq
Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı xəbərlərə DİN-dən təkzib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər