reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" və "Neftçi"nin hazırlıq planı bəlli oldu


"Neftçi" klubunun qış təlim-məşq toplanışı üçün planı bəlli olub.

Sportfm.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, "ağ-qaralar" 10 - 25 yanvarda Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçməyi planlaşdırır. Son ölkə çempionu burada 3 yoxlama matçında qüvvəsini sınayacaq. Lakin hələlik rəqiblər bəlli deyil.

"Qarabağ" da toplanış üçün Antalyanı seçib. Ağdam klubunun Mətbuat Xidmətindən bildirilib ki, "köhlən atlar" 12 - 26 yanvarda 3 yoxlama görüşü keçirmək niyyətindədir. Rəqiblərdən biri Polşa "Şlyonsk"udursa, digərləri dəqiqləşməyib. (report)

Oxşar xəbərlər

"Sabah" Macarıstan və Serbiya klublarına qarşı - Yoxlama görüşü
“Sabah”ın qış hazırlıq planı - 3 yoxlama oyunu keçirəcək
"Sabah"ın qış hazırlıq planı bilindi
"Sabah"ın hazırlıq planı məlum oldu
"Səbail"in planı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər