Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" - "Omoniya" oyununa satılmış biletlərin sayı açıqlandı -Konfrans Liqası
UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Sportfm.az xəbər verir ki, hələlik 8 500-dən çox bilet sahibini tapıb.
Biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.
Oxşar xəbərlər
“Qarabağ”- “Molde” matçına satılmış biletlərin sayı - 12 500
"Qarabağ" - "Omoniya" oyununun biletləri satışda - Konfrans Liqası
"Qarabağ" - "Kayrat" oyununa 13 mindən çox bilet satıldı - Konfrans Liqası
Avrokubok matçına satılmış biletlərin sayı - 15 min bilet
"Qarabağ" - AEL matçının biletləri satışa çıxarılır - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası