"Qarabağ" - AEL matçının biletləri satışa çıxarılır -Konfrans Liqası
"Qarabağ"ın Bakıda Kiprin AEL komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletləri avqustun 6-da satışa çıxarılacaq.
Sportfm.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat təşkil edir.
Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "İticket.az" saytından, "FAW Azərbaycan"dan və Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.
Qeyd edək ki, avqustun 12-də keçiriləcək oyun saat 20:00-da başlayacaq. COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Oxşar xəbərlər
"Qarabağ" - "Marsel" oyununun biletləri satışda - Konfrans Liqası
"Qarabağ" - "Omoniya" oyununun biletləri satışda - Konfrans Liqası
“Qarabağ” – “Kayrat” oyununun biletləri satışda - Konfrans Liqası
“Qarabağ” – “Bazel” matçının biletləri satışa çıxarıldı - 3 manat
“Qarabağ” – “Aberdin” matçının biletləri satışa çıxarılır - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası