
"Qarabağ" - "Omoniya" oyununun biletləri satışda - Konfrans Liqası
“Qarabağ” və Kiprin “Omoniya” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununun biletləri bu gündən satışa çıxarılacaq.
Sportfm.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında saat 11:00-dan saat 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (3 - 5 manat)
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış)
“Qarabağ”ın Park Bulvardakı Fan-Şopunda (saat 11:00-dan saat 19:00-dək), eləcə də "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00 - 22:00).
Oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ” klubunun “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.

№ | Komanda | o | x |
1 | Sabah | 1 | 3 |
2 | Qarabağ | 1 | 3 |
3 | Qəbələ | 1 | 3 |
4 | Zirə | 1 | 3 |
5 | Neftçi | 1 | 3 |
6 | Kəpəz | 1 | 0 |
7 | Şamaxı | 1 | 0 |
8 | Səbail | 1 | 0 |
9 | Turan | 1 | 0 |
10 | Sumqayıt | 1 | 0 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Qaradağ Lökbatan | 24 | 55 |
2 | Şamaxı-2 | 24 | 44 |
3 | Qarabağ-2 | 24 | 42 |
4 | Sabah-2 | 24 | 39 |
5 | Neftçi-2 | 24 | 38 |
6 | MOİK | 24 | 36 |
7 | Kəpəz | 24 | 36 |
8 | Zaqatala | 24 | 33 |
9 | Qəbələ-2 | 24 | 33 |
10 | Turan Tovuz | 24 | 33 |
11 | Sumqayıt-2 | 24 | 20 |
12 | Səbail-2 | 24 | 15 |
13 | Zirə-2 | 24 | 12 |