reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Keşlə"ni məğlub etdi -Premyer Liqa


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

23 xalla lider olan "Qarabağ" 10 xalla 6-cı sırada gedən "Keşlə"ni qəbul edib. Ağdam təmsilçisində cəzalı Filip Ozobiç, zədəli oyunçular Xayme Romero, Qaspar Panadero və bərpa dövrü keçən Bədavi Hüseynov iştirak etməyib. Paytaxt klubunda isə Şəhriyar Əliyev cəzalıdır.

Komandalar indiyədək ölkə çempionatlarında 67 dəfə üz-üzə gəliblər. Bunların 31-də "köhlən atlar", 13-də isə "Keşlə" qələbə qazanıb. 23 qarşılaşmada ilə qalib müəyyənləşməyib. Topların fərqində də ağdamlıların üstünlüyü var - 86:43.

Qonaqlar Premyer Liqada rəqibinə qarşı son 12 matçda qalib gələ bilməyib. Meydan sahibləri isə evdəki son iki görüşdən 3 xalla ayrılıb.

Azərbaycan Premyer Liqası, XI tur

19 noyabr (cümə)

Qarabağ – Keşlə 1:0
Qol: R.Şeydayev, 49.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”

Qeyd edək ki, turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.

Oxşar xəbərlər

Bu gün "Neftçi" - "Qarabağ" oyunu keçiriləcək - Azərbaycan Premyer Liqası
“Qarabağ” “Zirə”yə qarşı - Azərbaycan Premyer Liqası
"Sabah" "Qəbələ"yə, "Keşlə" "Zirə"yə qarşı - Premyer Liqamızda III tur
"Zirə" "Keşlə"yə, "Qarabağ" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası
"Qarabağ" qələbə qazana biləcəkmi? - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər