"Oradakıların hamısına peşəkar demək olmaz" -Ramin Musayev
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun 2021/22 mövsümü barədə danışıb.
Sportfm.az xəbər verir ki, o, yarışın bir neçə dəqiqə əvvəl keçirilən püşkatma mərasimində deyib:
"Bütün klublara uğurlar arzulayıram. Bu il keçən mövsümdən daha maraqlı olacaq. Çempionatımızın gedişi bunu deməyə əsas verir. Elə oyunlar keçirilir ki, heç kim onu gözləmir. Ümid edirəm ki, 1-ci Divizion komandaları da kubokda yaxşı mübarizə aparacaqlar. Ötən mövsüm heç kimin ağlına gəlməzdi ki, "Keşlə" kuboku qazanacaq. Bu il yenə maraqlı olacaq. Premyer Liqa çox maraqlı keçir. İnanıram ki, maraqlı matçları kubokda da görəcəyik".
Musayev final oyununun məkanının hələ müəyyənləşmədiyini də əlavə edib: "Mətbuatda yazırlar ki, bu oyun Şamaxıda olacaq. Hədəfimiz məkanından asılı olmayaraq, qarşılaşmanın maraqlı alınmasıdır".
Ramin Musayev Region Liqasında mübarizə aparan komandaların Azərbaycan kubokunda iştirak etməməsinə də toxunub:
"Region Liqasındakı komandaların Azərbaycan Kubokunda iştirakı bir az qeyri-peşəkar olar. Oradakıların hamısına peşəkar demək olmaz. Komandaların sayı çox olsa daha yaxşı olar, amma peşəkarlıq baxımından yaxşı olmaz. Torpaqlarımız işğaldan azad olunub. Həmin bölgələrin komandalarını inşAllah görəcəyik".
Oxşar xəbərlər
"Bu gün "Bazel" heç-heçə edəcək" - Ramin Musayev
Ramin Musayev üzr istədi - "Biz onlara tribunadan matçı izləməyə şərait yarada bilmirik"
Bu nə AFFA-nın, nə də PFL-in günahıdır - Ramin Musayev
Ramin Musayev:"Matçın nəticəsi ləğv olunacaq"
Azərbaycanın futbol çempionatında yeni klub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası