reklam
Azərbaycanın futbol çempionatında yeni klub
Sportfm.az xəbər saytı

Azərbaycanın futbol çempionatında yeni klub


Azərbaycan I Divizionunda çıxış etmək üçün daha bir komanda müraciət edib.

Sportfm.az saytı Report-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. 

Onun sözlərinə görə, həmin komandanın adı "Göyçay”dir.

Daha öncə "Binə"nin də eyni istəklə PFL-ə baş vurduğunu xatırladan R.Musayev artıq I Divizionda iştirakçı sayının 12-yə yüksəldiyini bildirib. O, qarşıdakı mövsümdə aşağı liqanın daha maraqlı keçəcəyini əlavə edib.

Premyer Liqanın püşkatma mərasimi isə avqustun 1-2-də olacaq. R.Musayev tədbirin gecikməsini hazırda 4 klubun avrokuboklarda mübarizəni davam etdirməsi ilə əlaqələndirib. 

Oxşar xəbərlər

Ramin Musayev bizneslə məşğul olacaq - AÇIQLAMA
"Oradakıların hamısına peşəkar demək olmaz" - Ramin Musayev
"Premyer Liqada 10 komanda ola bilər" - Ramin Musayev - VİDEO
"Autsayder diviziona düşəcək" - Ramin Musayev
Birinci Divizionda neçə legioner futbolçu çıxış edə bilər? - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər