Bu nə AFFA-nın, nə də PFL-in günahıdır -Ramin Musayev
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan kubokunun 2018/2019-cu illər mövsümünün püşkatma mərasiminin keçirildiyini xəbər vermişdik.
Sportfm.az saytı komanda.az-a istinadən xəbər verir ki, püşkatmada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də iştirak edib. Musayev çıxış edərək, bəzi məqamlara aydınlıq gətirib:
"Azərbaycan kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin. Azərbaycan kubokunun yeni sahibi olacaq komanda ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin və ən azından "Neftçi", "Qarabağ" və "Qəbələ"nin uğurlarını təkrarlasın.
Kubokun yeni mövsümü ilə bağlı yenilik ondan ibarətdir ki, 4-cü əvəzetməyə icazə veriləcək. Belə ki, məşqçilər oyun əlavə vaxta gedəcəyi təqdirdə 4-cü əvəzetmədən istifadə edə biləcəklər. Düzdür, kubokda komandaların sayı azdır. Amma bu nə AFFA-nın, nə də PFL-in günahıdır. Ümumi vəziyyət belədir".
PFL prezidenti Azərbaycan Premyer Liqasındakı vəziyyətə də toxunub:
"Onu qeyd etmək istəyirəm ki, bizim çempionat maraqlı mübarizə şəraitində keçir. Bəli, komandalar bir-biriylə tez-tez görüşür. Ancaq matçlar gərgin mübarizə şəraitində keçir".
Oxşar xəbərlər
Rövnəq Abdullayevin ən yaxın adamı getdi
Azərbaycan Premyer Liqasının püşkü atılacaq
"Oradakıların hamısına peşəkar demək olmaz" - Ramin Musayev
"Klublar günahı özlərində axtarsınlar" - Ramin Musayev
Ramin Musayev:"Matçın nəticəsi ləğv olunacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası