“Sabah”ın futbolçuları üçün əlamətdar oyun -Azərbaycan Premyer Liqası
Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində baş tutmuş “Zirə” ilə matç (3:3) “Sabah”ın futbolçuları Coy-Lens Mikels və Xuan Kamara üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, bu oyunda iki qol vuran Mikels “Sabah”ın heyətində ilk dubluna imza atıb. Matçın 47-ci saniyəsində fərqlənən yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının cari mövsümündə ən erkən qolun müəllifi olub.
Görüşün 32-ci dəqiqəsində Kristian Sebalyosun əvəzinə meydana daxil olan Xuan Kamara isə matçın ilk hissəsinə əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək, “Sabah”da ilk rəsmi qolunu vurub. Bu görüş Kamara üçün heç də yalnız xoş ilklərlə yadda qalmayıb. Belə ki, 48-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılan ispaniyalı yarımmüdafiəçi “Sabah”da ilk qırmızı vərəqəsini alıb.
Oxşar xəbərlər
“Sabah”ın futbolçuları üçün əlamətdar oyun
“Sabah” legionerini göndərdi - RƏSMİ
“Sabah”da yubiley və rekordlar - Azərbaycan Premyer Liqası
“Sabah”ın 2-ci “sambaçı”sı debüt etdi - Azərbaycan Premyer Liqası
"Sabah" "Zirə" ilə bərabərə qaldı - Azərbaycan Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan klubları 14-cü qələbəsini qazandı - REKORD















Misli Premyer Liqası