Azərbaycanın daha 11 cüdoçusu mübarizəyə başlayır -Böyük Dəbilqə
Bu gün Azərbaycanın daha 11 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə qoşulacaq.
Sportfm.az xəbər verir ki, ikinci yarış günündə 73 və 81 kq çəki dərəcələrində kişi idmançılar, 63 və 70 kq-da isə qadınlar qüvvəsini sınayacaq.
Yarışın ilk günündə Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) isə bürünc medal qazanıb.
Kişilər
73 kq
1/16 final. Rüfət Məmmədov - Ryo Tsukamoto (Yaponiya)
1/16 final. Telman Vəliyev - Lukas Vennokold (Almaniya)
1/8 final. Hidayət Heydərov - Mixel Adam (Almaniya) / Kornel Andries (Moldova) cütünün qalibi
1/8 final. Rüstəm Orucov - Uranbayar Odgerel (Molqolustan) / Ken Oyoşi (Yaponiya) cütünün qalibi
81 kq
1/8 final. Elcan Hacıyev - Xaknazar Nazarov (Tacikistan) / Yoşimiçi Kamoçi (Yaponiya) cütünün qalibi
1/16 final. Ömər Rəcəbli - Zebeda Rexviaşvili (Serbiya)
1/16 final. Hasil Cəfərov - Giqa Giqauri (Gürcütan)
1/16 final. Kərim Məmmədov - Murrentsen Battulqa (Monqolustan)
Qadınlar
63 kq
1/8 final. Aytac Qardaşxanlı - Qabriella Moraes (Braziliya)
70 kq
1/8 final. Südabə Ağayeva - Utana Terada (Yaponiya)
1/4 final. Günel Həsənli - Lara Çvetko (Xorvatiya).
Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan Böyük Dəbilqəyə noyabrın 7-də yekun vurulacaq.
Oxşar xəbərlər
9 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - SİYAHI
Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq - Avropa çempionatı
Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi - SİYAHI
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası