Bir güləşçimiz finalda, 3 güləşçimiz üçün "bürünc" şansı -Dünya çempionatı
Azərbaycanın daha 2 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda təşkil olunan U-23 dünya çempionatında yarımfinal görüşünü keçirib.
Sportfm.az xəbər verir ki, 70 kq-da çıxış edən Murad Yevloyevin rəqibi qırğızıstanlı Ernazar Almataliyev olub. Yevloyev rəqibinə 8:10 hesabı ilə uduzub.
79 kq çəki dərəcəsində yer alan Əşrəf Aşırov isə yarımfinalda rusiyalı Maqomed Maqomayevlə dueldən məğlub ayrılıb - 0:4. Hər 2 güləşçi 3-cü yer uğrunda mübarizə aparacaq.
65 kq-da yarışan Zirəddin Bayramovun 1/4 finalda uduzduğu rusiyalı İbrahim Abdurrəhmanov finala çıxdığından Azərbaycan təmsilçisi təsəlliverici görüşlərə qatılacaq.
Qeyd edək ki, bu gün xalça üzərinə çıxan İslam İlyasov (97) isə startda rusiyalı Şamil Hacıəliyevə məğlub olaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Güləşçilərimizdən daha 3 medal - Dünya çempionatı
İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı
2 güləşçimiz dünya çempionatı ilə vidalaşdı
Güləşçimiz finalda - Dünya çempionatı
EYOF-un qalibi dünya çempionatında finala yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası