Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Xavi "Barselona"da -RƏSMİ
“Əl-Sədd”in baş məşqçisi Xavi Ernandes “Barselona”nı çalışdıracaq.
Sportfm.az xəbər verir ki, bu barədə Qətər təmsilçisinin baş direktoru Turki Al-Ali klubun rəsmi saytına açıqlamasında bildirib. O, iki klub arasında razılıq əldə olunduğu deyib:
"Biz "Barselona" ilə gələcəkdə əməkdaşlıq barədə razılığa gəldik".
Xavinin təyinatının yaxın günlərdə “Barselona” tərəfindən açıqlanacağı qeyd olunub.
Xatırladaq ki, İspaniya millisinin sabiq üzvü "Barselona"nın yetirməsidir. O, 17 il - 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb.
Oxşar xəbərlər
“Əl-Sədd” razılıq verdi - Xavi gedir
Xavinin komandası rekord qırdı - 34-cü qələbə
Qətər klubunun baş məşqçisi "Barselona"ya gəlir
Xavi baş məşqçi təyin edildi - FOTO
Xavi karyerasını başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası