"Çox dinamik komandaya qarşı oynadıq" -Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportfm.az xəbər verir ki, təcrübəli çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Bu gün çox dinamik komandaya qarşı oynadıq. Hücum xətti çox güc sərf etdi. Ona görə Kvabena Ovusu, Filip Ozobiç və Abdullah Zubiri tez əvəzlədik.
Ümid edirəm ki, zədəlilər tez zamanda sağalar. Çempionat və kuboku qazanmaq fərqli prestijdir. Hər oyuna köklənmək həm futbolçular, həm də mənim üçün vacibdir. Çalışırıq ki, oyunçular çox yüklənməsinlər. İlk növbədə öz oyunlarımızı düşünürük.
Zədələrini yenicə sağaltmış Qara Qarayev və Mahir Emreliyə gəlincə, hər ikisi fərdi məşq edir. Sadəcə, Qara məşqin bəzi hissəsində komanda ilə birlikdə olub”.
Oxşar xəbərlər
Qurban Qurbanov Qətərdə onları izləyəcək - AÇIQLAMA
"O, hələ öz üzərində çox çalışmalıdır" - Vüqar Məmməd
"Futbolçular çox yoruldular" - Qurban Qurbanov
"Bu qələbəni haqq etdilər" - Qurban Qurbanov
“İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım” – Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası