reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Neftçi" -Azərbaycan Premyer Liqası


"Qarabağ"ın 4 futbolçusu "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının IX tur oyununda iştirak etməyəcək.

Sportfm.az xəbər verir ki, əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, əzələsini dartan Qaspar Panadero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.

Paytaxt klubunda isə iki oyunçunun - Ömər Buludov və Xorxe Korreanın mikrozədələri var. Onların görüşdə iştirakına məşqçilər korpusu qərar verəcək.

Qeyd edək ki, oktyabrın 30-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.

Oxşar xəbərlər

"Neftçi" səfər oyununa ciddi itkilərlə çıxacaq - Azərbaycan Premyer Liqası
"Qarabağ" "Keşlə"ni məğlub etdi - Premyer Liqa
"Qarabağ" legioner futbolçusunu əvəzedici heyətə göndərdi
"Qarabağ"ın iştirak ərizəsi - Qrup oyunları üçün
"Qarabağ"ın ispaniyalı legioneri komandaya qoşuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər