Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tanınmış jurnalistin anası Mehriban Əliyevaya müraciət etdi
10 gündür komada olan tanınmış idman jurnalisti Elnur Əşrəfoğlunun anası Zöhrə Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Sportfm.az müraciəti təqdim edir:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
Çox hörmətli, Mehriban xanım!
Oğlum – Azərbaycanın tanınmış jurnalisti və teleşərhçisi, 25 ilə yaxın televiziyada çalışmış, Azərbaycan Olimpiya Hərəkatının, idman ailəsinin uğurlarını daim təbliğ etmiş Şükürov Elnur Əşrəf oğlu hazırda ağır xəstədir. 2021-ci il sentyabrın 2-də koronavirus infeksiyasına yoluxan oğlumun vəziyyəti ağırlaşdığından ayın 9-da o müalicə üçün “Yeni Klinika”ya yerləşdirilmişdir. Lakin həkimlərin bütün diqqət və qayğısına, Elnuru həyata qaytarmaq üçün etdikləri cəhdlərə baxmayaraq övladımın vəziyyətində irəliləyiş olmamış, əksinə, sentyabrın 19-da koma vəziyyətinə düşmüşdür. Hazırda övladıma həyatda qalması üçün EKMO aparatı vasitəsilə dəstək verilir. Elnurun bir böyrəyi 10 il əvvəl ağır xəstəlik səbəbindən götürüldüyündən hazırki durumda oğlumun səhhəti üçün əlavə problem yaradıb.
Əziz Mehriban xanım!
Bir ana olaraq, Sizə son ümid işığım kimi müraciət edirəm: Xahiş edirəm, övladımın müalicəsini öz diqqət və nəzarətinizə götürəsiniz. Bizim ailə üçün, Elnurun 2 azyaşlı övladı üçün son dərəcə kritik bu məqamda ümidimiz göydə Allaha, yerdə Sizin şəfqət və mərhəmətinizədir.
Hörmətlə, Hüseynova Zöhrə Əli qızı

Oxşar xəbərlər
Elnur Əşrəfoğlunun son durumu
Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü
Teymur Rəcəbov prezidentə təşəkkür etdi - FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüblər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası