reklam
Karateçimiz olimpiya lisenziyası əldə etdi
Sportfm.az xəbər saytı

Karateçimiz olimpiya lisenziyası əldə etdi


Dubayda təşkil edilən Karate -1 Premyer Liqa turnirinə bu gün yekun vurulacaq. Azərbaycan karateçiləri də qızıl və bürünc medallar uğrunda mübarizəyə aparırlar.

Sportfm.az xəbər verir ki, finala vəsiqə qazanan Rafael Ağayev (75 kq) karyerasında növbəti çempionluğu qazanmağa yaxındır. Həlledici qarşılaşmada onun rəqibi italiyalı Luici Busa olacaq. Bürünc medal uğrunda mübarizə aparan təmsilçilərimizdən 67 kq çəkidə döyüşən Rafiz Həsənov Burak Uyğura (Türkiyə) uduzaraq yarışı mükafatsız başa vurub. Qadınlar arasında 68 kq çəkidə mübarizə aparan İrina Zaretska isə bürünc medal uğrunda görüşdə Fransa idmançısı Alize Ajyeyə qalib gələrək turnirin 3-cüsü olub. Bununla reytinq xallarını artıran Zaretska ən yaxın izləyicilərini xeyli qabaqlayaraq Tokio Olimpiadasına lisenziyanı təmn edib.

Yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.

Oxşar xəbərlər

Ağayev beynəlxalq turnirdə iştirak edəcək - Karate1 Premyer Liqa
Rafael Ağayev Tokioda olacaq - Rəsmiləşdi
Rafael Ağayev finala çıxa bilmədi - Sensasiya
İki karateçimizdən yaxşı nəticə
İdmançılarımız Premyer Liqada 2 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər