reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın legioneri 6 ay oynamayacaq -Zədə


Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi ön çarpaz bağlarından xəsarət alıb.

Abbaszadə 31 yaşlı oyunçunun əməliyyat olunacağını və ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib.

Romero oyunun 45-ci dəqiqəsində ikili mübarizə zamanı zədələnib və fasilədə Marko Veşoviçlə əvəzlənib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Oxşar xəbərlər

Romerodan xəbər var - fizioterapiyaya başlayıb
"Qarabağ"ın səfər planı bilindi - Konfrans Liqası
Bədavi Hüseynov əməliyyat olunacaq - 6 ay oynamayacaq
"Qarabağ"ın ispaniyalı legioneri komandaya qoşuldu
"Qarabağ"da ciddi itki - Azı 3 həftə oynamayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər