"Qəbələ"nin rəqibi müəyyənləşəcək -UEFA Gənclər Liqası
Bu gün UEFA Gənclər Liqasında Çempionlar Yolunun l mərhələsinin püşkatması keçiriləcək.
Sportfm.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Püşkatmada Azərbaycan təmsilçisi "Qəbələ"nin də rəqibi bəlli olacaq.
Çempionlar yolunda 32 iştirakçı 16 cüt təşkil edəcək.
“Qəbələ” ilə yanaşı, "Deportivo La Korunya” (İspaniya), "Köln" (Almaniya), "Empoli" (İtaliya), "Anje" (Fransa), "Genk" (Belçika), “AZ” (Niderland), "Trabzonspor" (Türkiyə), "Midtüllan" (Danimarka), "Reyncers" (Şotlandiya) , "Sparta" (Praqa, Çexiya), APOEL (Kipr), PAOK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), "Hayduk" (Xorvatiya), “Hammarbü” (İsveç) "Rusenborq" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Minsk" (Belarus), "Septemvri" (Sofiya, Bolqarıstan) “Csikszereda" (Rumıniya), "Poqon" (Polşa), "Jilina" (Slovakiya), "Domjale" (Sloveniya), MTK (Macarıstan), "Jalgiris" (Litva), "Akademiya" (Albaniya), “Dauqavpils” (Latviya), “Şkendiya” (Şimali Makedoniya), “Zvezda” (Bosniya və Herseqovina), “Sent Patriks” (İrlandiya) turnirdə mübarizə aparacaq.
l mərhələnin oyunları sentyabrın 29-da, cavab görüşləri isə oktyabrın 20-də baş tutacaq.
Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. "Qəbələ" ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.
Oxşar xəbərlər
"Qəbələ"nin avrokubok oyunlarının vaxtı bilindi - Gənclər Liqası
"Neftçi" "Olimpiakos"la üz-üzə gələ bilər - YENİLƏNİR
"Qəbələ"nin mümkün rəqibləri məlum oldu - SİYAHI
Avroliqada pley-offun püşkü atıldı
II təsnifat mərhələsinin püşkü atılacaq - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası