reklam
Sportfm.az xəbər saytı

"Çox emosional qarşılaşma oldu" -Mahir Emreli


“Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsində “Slaviya” (Çexiya) ilə görüşdən (2:1) sonra fikirlərini bildirib.

Sportfm.az xəbər verir ki, iki qol vurmaqla Varşava təmsilçisini qrup mərhələsinə yüksəlməsində əsas rol oynayan millimizin üzvü klubun rəsmi saytına açıqlamasında bu görüşün onun üçün xüsusi olduğunu bildirib:

“Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir.

Özümü əsas qəhrəman kimi hiss etmirəm. Futbol komanda oyunudur. Komanda olaraq oynadıq və qrup mərhələsinə vəsiqə qazandıq. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".

M.Emreli qrupda daha çətin rəqiblərlə qarşılaşacalarını xatrıdladıb: "Hər zaman ən yaxşı komandalarla oynamaq istəyirik. Çox təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürüm. Mənim üçün fərqi yoxdur”.
Xatıladaq ki, Mahir Emreli "Legiya" hesabda geri olarkən (0:1) dubl edib və komandasına əzmkar qələbə qazandırıb. O, Çexiya klubu ilə ilk görüşdə də (2:2) qol vurmuşdu. (qol.az)

Oxşar xəbərlər

Emrelinin klubuna 17 min 500 avro cərimə - UEFA
Mahir Emreli "dubl" etdi, Legiya" qrup mərhələsinə yüksəldi - Avropa Liqası
"Özümü burda əla hiss edirəm" - Mahir Emreli
"Qol vurmaq mənim üçün çox vacib idi” - Mahir Emreli
Polşa çempionu Emreli ilə danışıqlara başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər