Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sabah”ın “Sumqayıt”la 12-ci dueli -Azərbaycan Premyer Liqası
Həftəsonu Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək.
Sportfm.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Sumqayıt”la qarşılaşacaq. Şənbə günü keçiriləcək matç komandalar arasında Premyer Liqada 12-ci görüş olacaq. Bu günə kimi keçirilmiş oyunların 4-də “Sabah”, 5-də isə rəqib qalib gəlib. 2 görüş heç-heçə başa çatıb (top fərqi – 12-15).
“Sabah” səfər görüşlərində daha uğurlu çıxış edib (4 qələbə, 2 məğlubiyyət). Bu komandalar arasında Sumqayıtda baş tutmuş son matç “Sabah”ın qələbəsilə nəticələnib (2:0).
“Sumqayıt” – “Sabah” görüşü avqustun 21-də, saat 20:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək.
Oxşar xəbərlər
"Qəbələ"nin "Sumqayıt"la 46-cı dueli - Misli Premyer Liqası
“Səbail" “Sabah”a, “Sumqayıt” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Sumqayıt"la "Qəbələ"nin 44-cü dueli
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası