Sezar Meza Kolli qələbə istəyir -Müsahibə
"Çalışacağıq ki, sabah baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Qələbə ilə Bakıya qayıtmaq istəyirik".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Sezar Meza Kolli Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Yarımmüdafiəçi paytaxt təmsilçisində özünü yaxşı hiss etdiyini bildirib: "Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək istəyirəm".
Qeyd edək ki, avqustun 12-də Helsinkidəki "Bolt Arena"da keçiriləcək HİK - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
"Neftçi" Sezar Meza Kolli ilə yolları ayırdı
"Sezar Meza Kolli ilk hissənin ən yaxşısı idi" - Samir Abasov
"Neftçi"nin oyunçusu koronavirusa yoluxdu - Təcrid olundu
“Azarkeşləri xoşbəxt etmək üçün əlimdən gələni edəcəyəm” - Sezar Meza Kolli
Sezar Meza Kolli Rumıniyaya yollanır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası