reklam
Premyer Liqamızın oyunlarına azarkeş buraxılacaq
Sportfm.az xəbər saytı

Premyer Liqamızın oyunlarına azarkeş buraxılacaq


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

Sportfm.az xəbər verir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında məlumatı təsdiqləyib: "Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər".

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.

Oxşar xəbərlər

“Qarabağ” – “Kayrat” oyununun biletləri satışda - Konfrans Liqası
Klublarımızın avrokubok oyunlarına azarkeşlər buraxılacaq - Razılıq əldə edildi
Final matçına buraxılacaq azarkeş sayı - 7 800 nəfər
Yarışlara azarkeşlər canlı baxacaq - Böyük Dəbilqə
Premyer Liqa oyunlarına azarkeşlər buraxılacaq? - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər