Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dəqiqləşdi - Namik gedir, bileti alındı
"Neftçi"nin futbolçusu Namik Ələskərovun Türkiyənin "Buraspor" klubuna keçidi ilə bağlı problem həllini tapıb.
Sportfm.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi üçün tələb olunan 50 000 avro təzminat artıq Bakı klubunun hesabına köçürülüb. Hətta sözügedən məbləği oyunçunun özünün ödədiyi bildirilib.
İddiaya görə, I liqa təmsilçisi Ələskərovu Bursaya dəvət edib və onun üçün təyyarə bileti göndərib.
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.
Oxşar xəbərlər
Namik Ələskərov daha bir klubun maraq dairəsində
Superliqa klubu Namik Ələskərovu istəyir
“Neftçi”də 2021-ci ildə ən çox qol vuran futbolçu
Namik Ələskərovun debüt edəcəyi vaxt bilindi - Sifariş olundu
"Bursaspor" Namik Ələskərovu sifariş edə bilmir - Problem çözülməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Şahdağ Qusar” – “Səbail” matçının hakimləri açıqlandı - I Liqa
-
“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışda
-
Marşrutların hərəkət sxemi dəyişdirilir - “Sabah”a görə
-
"Sabah" "Borussiya"ya qarşı - Çempionlar Liqası
-
“Ganja Open 2026” festivalına yekun vuruldu
-
"Şəki" "Zəngəzur"u, "Qaradağ Lökbatan" "Dinamo"nu qəbul edəcək















Misli Premyer Liqası