reklam
Olimpiya çempionu
Sportfm.az xəbər saytı

Olimpiya çempionu "İnstagram" hesabını bağladı -Hədə-qorxu


Yaponiyanın Tokio şəhərində keçirilən Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülükdə qızıl medal qazanan İsrailli gimnast Linoy Aşram şəxsi "İnstagram" hesabını bağlayıb.

Sportfm.az xəbər verir ki, buna rusiyalı azarkeşlərin şərhlərdə yazdıqları hədə-qorxular səbəb olub. 

İsrailli gimnast 107,800 xalla Tokio-2020-in qalibi olub. Rusiyalı idmançı Dina Averina gümüş, Belarus idmançısı Alina Qornosko isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışın sonunda Rusiya tərəfi hakimlərə narazılıqlarını bildirib.

 

Oxşar xəbərlər

Ölkəsinə ilk olimpiya qızılını qazandırıb idmandan getdi
Rusiyalı gimnast rekorda imza atdı - 18 qat dünya çempionu oldu
Rusiyalılar rekord qırır, biz isə durub baxırıq - Dünya çempionatı
Zöhrə Ağamirova səkkizinci oldu
İtaliyada Averina bacılarının zəfəri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər