Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İtaliyada Averina bacılarının zəfəri
İtaliyanın Pezaro şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, artıq turnirin fərdi çoxnövçülüyündə qaliblərin adına aydınlıq gəlib. Dünya Çempionatında debüt edən rusiyalı Dina Averina fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, onun bacısı Arina Averina isə gümüş medal qazanıb. İsrail idmançısı Linoy Aşram isə Dünya Çempionatının bürünc medallarını əldə edib.
Qeyd edək ki, ölkəmizi bu turnirdə təmsil edən Zöhrə Ağamirova və Ayşən Bayramova 24 nəfərin yüksəldiyi final mərhələsinə vəsiqə qazana bilməyib. Bu gün Dünya Çempionatında qrup hərəkətləri üzrə yığma komandalar mübarizəyə qoşulur.
Oxşar xəbərlər
Rusiyalı gimnast rekorda imza atdı - 18 qat dünya çempionu oldu
Rusiyalılar rekord qırır, biz isə durub baxırıq - Dünya çempionatı
Zöhrə Ağamirova səkkizinci oldu
İrina Viner-Usmanova Bakıdakı yarışdan danışdı: Möhtəşəmdir
Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılarımız final mərhələsindən uzaq qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası