"Təəssüf ki, bu, qızıl medal deyil" -Mariya Stadnik
"Salam, Azərbaycan. Budur, əlimdə dördüncü olimpiya medalımı tuturam. Təəssüf ki, bu, qızıl medal deyil".
Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.
50 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan 33 yaşlı idmançı bildirib ki, bu, tarixi nailiyyətdir: "Bu, əzmkarlığın, 20 ildir çəkdiyim əziyyətin nəticəsidir. Yarımfinalda uduzanda çox pis oldum. Amma indi bürünc medalın dəyərini anlayıram və bunun üçün Tanrıya şükür edirəm".
Karyerası ilə bağlı da danışan Stadnik hazırda yalnız istirahəti düşündüyünü söyləyib: "Olimpiya oyunlarına hazırlıq çox ciddi psixoloji yükdür. Ən azı 2-3 ay lazımdır ki, özümə gəlim və qaldığım yerdən davam edə bilim".
Oxşar xəbərlər
Mariya Stadnik Bakıya qayıtdı - Milli ilə məşqlərə başladı
"Bürünc medal üçün Allaha şükür edirəm" - Mariya Stadnik
Mariya Stadnik mükafatlandırıldı - Tokio-2020
Mariya Stadnik yarımfinalda məğlub oldu - Tokio-2020
"Çempionluğum Tanrıdan asılıdır" - Mariya Stadnik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası