Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Visente Qomesin yeni klubu məlum olduTəyinat
"Sabah"ın sabiq baş məşqçisi Visente Qomes karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Sportfm.az xəbər verir ki, o, "Al-Ayn"ın baş məşqçisi Sergey Rebrovun köməkçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qomes bundan əvvəl "Dinamo" (Kiyev) və "Əl-Əhli"də ukraynalı mütəxəssisin köməkçisi vəzifəsində işləyib.
Xatırladaq ki, ispan çalışdırıcı 2020-ci ilin iyulundan bu ilin martına kimi "Sabah"ın baş məşqçisi olub.
Oxşar xəbərlər
Qomes “Zirə”ni tərk etdi - Ayrılıq
Rebrov istefaya göndərildi
“Sabah” serbiyalı məşqçi ilə müqavilə imzaladı - 2 aylıq
"Sabah"da istefa - Qomes göndərildi
Bakı klubu ispaniyalı məşqçi ilə müqavilə bağladı - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası