Almaniya millisi irqçiliyə məruz qaldı -Oyun yarıda qaldı
Bu gün Almaniya və Hondurasın olimpiya yığma komandaları (U-23) arasında keçirilən yoxlama oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, Yaponiyanın Vakayama şəhərində təşkil olunmuş bu qarşılaşma yarımçıq dayandırılıb və Almaniya millisinin bütün üzvləri meydanı tərk edib.
Belə ki, matçın 85-ci dəqiqəsində – hesab 1:1 olarkən Almaniya millisi meydanı tərk edib. Buna yığmanın müdafiəçisi Cordan Torunariqanın rəqib futbolçu tərəfindən irqçiliyə məruz qalması səbəb olub.
Qeyd edək ki, Tokio-2020 Olimpiadasında Almaniya D qrupunda Braziliya, Fil Dişi Sahili və Səudiyyə Ərəbistanı milli komandaları ilə mübarizə aparacaq. Honduras isə B qrupunda Cənubi Koreya, Yeni Zelandiya və Rumıniya yığmaları ilə oynayacaq. Olimpidada futbol oyunları iyulun 22-dən başlayacaq.
Oxşar xəbərlər
Fransa və İspaniyadan qələbə - Tokio-2020
Futbol yarışlarının püşkü atıldı - Tokio-2020
Tokio-2020-də iştirak edəcək bütün futbol komandaları - SİYAHI SİYAHI
Tokio-2020-yə vəsiqə qazanan milli komandalar - SİYAHI
DÇ-2018: Almaniya qrupda qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şahdağ Qusar" "Mingəçevir"ə qarşı - I Liqa
-
Babək Quliyev UEFA-nın seminarına dəvət aldı
-
Musa Qurbanlı üçün mövsüm bitdi
-
Azərbaycan və Venesuela Federasiyaları arasında memorandum imzalandı
-
“Şamaxı”dan 10-cu dəfə böyükhesablı məğlubiyyət - Azərbaycan çempionatları















Misli Premyer Liqası