reklam
Komandalarımız üçün isveçrəli və albaniyalı hakimlər -
Sportfm.az xəbər saytı

Komandalarımız üçün isveçrəli və albaniyalı hakimlər -Təyinat


"Sumqayıt" və "Keşlə" komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb.

Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin Serbiyada "Çukariçki" ilə görüşünə isveçrəli referi Fedayi San təyinat alıb. Ona həmyerliləri Yonas Erni və Tsürxer Benjamin yan xətt, Ştefan Horisberger dördüncü hakim qismində yardımçı olacaq. İyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Ertəsi gün Bakı komandası "Fişt" stadionunda Rusiyanın "Soçi" klubunun qonağı olacaq. Saat 20:00-da başlanacaq qarşılaşmanı albaniyalı hakimlər briqadası idarə edəcək.

Enea Yorci baş hakim, Ridiger Çokay və Reydi Avdo yan xətt hakimləri, Kridens Meta dördüncü hakim olacaq.

 

Oxşar xəbərlər

Təmsilçimizin oyununda albaniyalı hakim
Cavab oyununda albaniyalı hakimlər
"Sumqayıt" Serbiya klubuna qarşı - Konfrans Liqası
"Keşlə" - "Soçi" matçı belarusyalı hakimlərə tapşırıldı - Konfrans Liqası
"Neftçi" "Arsenal"la, "Qəbələ" "Dinamo" ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər