Dmitri Kramarenko millidən ayrıldı -İki yerdə çalışmaq istəmir
Milli komandamızın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko yığmadakı işindən ayrılıb.
Sportfm.az xəbər verir ki, o, bunu Rusiyanın "Sport24.ru" saytına açıqlamasında deyib. Moskva SSKA-sında da eyni işi görən Kramarenko artıq iki yerdə çalışmaq istəmədiyini deyib. O, bundan sonra yalnız klubda işləyəcəyini bildirib:
"Milli komanda mənim üçün əziz olaraq qalır. Mən Azərbaycanda doğulub, böyümüşəm. İndi belə bir qərar verdik, amma hər an milliyə kömək etməyə şad olaram. Yəqin ki, bu, doğru qərardır. Baxmayaraq ki, klubda da çox sayda səyahət və məşqlər var, indi ailəmlə daha çox vaxt keçirirəm".
Qeyd edək ki, Dmitri Kramarenko bu ilin yanvarından SSKA-da işləyir. 2020-ci ildən yığmamızın məşqçilər korpusunda yer alan keçmiş qolkiper daha əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.
Oxşar xəbərlər
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
Kramarenkoya ağır itki üz verdi - Anası dünyasını dəyişdi
Millimizin məşqçisi Rusiya klubunda - RƏSMİ
"Neftçi"də köməkçi məşqçilər məlum oldu
Dmitri Kramarenko: "Ortaya problemlər çıxdı" - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizə seçimlər davam edir
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək















Misli Premyer Liqası