"Spartak"a qarşı oynadığım üçün sevinirəm" -Emin Mahmudov
"Təlim-məşq toplanışımızdakı son oyunda qələbə qazandıq. Bu nəticə özümüzə inamın qayıtması baxımından önəmli oldu".
Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov Avstriyada Rusiyanın "Spartak" (Moskva) komandasını 2:1 hesabı ilə yendikləri yoxlama oyunundan sonra klub televiziyasına açıqlamasında deyib. Kapitan görüşün ağır alındığını, amma qələbənin sevindirici olduğunu vurğulayıb.
O, keçmiş klubundan Artyom Rebrovla yaxşı münasibətlərinin olduğunu söyləyib: "Rebrovla matç zamanı söhbətləşdik. Əvvəllər Rusiya millisinin heyətində Bakıya gəldiyi vaxt da görüşmüşdük. Əlbəttə, "Spartak" mənim üçün demək olar ki, doğma komandadır. Orada az oynasam da, ab-hava çox xoşuma gəlirdi. Böyük komandadır, Rusiya futbolunun flaqmanıdır. Belə komandada çıxış etmək xoşdur, onlara qarşı oynadığım üçün sevinirəm".
Mahmudov Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının fərqli keçəcəyini iddia edib: "Biz bu rəqiblə görüşlərdə daha diqqətli olmalı, müdafiədə səhvlərə yol verməməliyik. Qalib gəlmək üçün daha yaxşı çıxış etməliyik".
Oxşar xəbərlər
"Neftçi" "Spartak"a qarşı - Yoldaşlıq oyunu
"İnanıram ki, getdikcə daha yaxşı olacağıq" - Regekampf
"Eddi İsrafilov və Azər Salahlı bizə xeyir verəcəklər" - Emin Mahmudov
Samir Abasov:"Rahatıq..." - Mətbuat konfransı
"Neftçi"nin yeni transferi: "Rəqib, demək olar, eyni gücə malik komandadır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası