
Türk hakimdən rekord göstərici - 9 matç
Türkiyə Futbol Federasiyasının hakimi Cüneyt Çakır Avropa çempionatları tarixində yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, o, buna Avro-2020-nin 1/8 finalında idarə etdiyi İspaniya - Xorvatiya oyunundan (5:3) sonra nail olub. Bununla da, 44 yaşlı referinin Avropa çempionatlarının final mərhələsində baş hakim olduğu matçların sayı 9-a çatıb. C.Çakır Avropa çempionatlarının final mərhələsində ən çox oyun idarə edən hakim olub. O, isveçli Anders Friski (8 oyun) geridə qoyub.
Həmçinin Çakırın 56-sı milli komanda səviyyəli turnirlərdə olmaqla, beynəlxalq yarışlarda idarə etdiyi qarşılaşmaların sayı 200-ə yüksəlib.
C.Çakır Avro-2012, Avro-2016 və Avro-2020 yarışlarının hər birində 3 qarşılaşmada baş hakim olub.

№ | Komanda | o | x |
1 | Sabah | 1 | 3 |
2 | Qarabağ | 1 | 3 |
3 | Qəbələ | 1 | 3 |
4 | Zirə | 1 | 3 |
5 | Neftçi | 1 | 3 |
6 | Kəpəz | 1 | 0 |
7 | Şamaxı | 1 | 0 |
8 | Səbail | 1 | 0 |
9 | Turan | 1 | 0 |
10 | Sumqayıt | 1 | 0 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Qaradağ Lökbatan | 24 | 55 |
2 | Şamaxı-2 | 24 | 44 |
3 | Qarabağ-2 | 24 | 42 |
4 | Sabah-2 | 24 | 39 |
5 | Neftçi-2 | 24 | 38 |
6 | MOİK | 24 | 36 |
7 | Kəpəz | 24 | 36 |
8 | Zaqatala | 24 | 33 |
9 | Qəbələ-2 | 24 | 33 |
10 | Turan Tovuz | 24 | 33 |
11 | Sumqayıt-2 | 24 | 20 |
12 | Səbail-2 | 24 | 15 |
13 | Zirə-2 | 24 | 12 |